Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.
Tezadlar.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:
“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.
Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.
Xatırladaq ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.
Qeyd edək ki, mərhum Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub.