Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması, kommunikasiyaların açılması və bərpasında çox maraqlıdır, belə ki, bunun əsas benefisiarlardan biridir.
Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Əgər dəmiryolu əlaqələrindən danışsaq, ekspertlərin təxminlərinə görə, onun tikintisi azı iki il çəkə bilər. Amma biz, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə etməklə yükləri göndərib qəbul edə bilərik,”- deyə Mirzoyan qeyd edib.
O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu vurğulayıb.
trend