Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq…”. Tezadlar.az Qətər mediasına istinadla xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir. “Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, Hikmət Hacıyev bildirib. Hacıyev onu da deyib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.