Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik”. Tezadlar.az AzərTAC- a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib. Dövlət başçısı COP29 ilə bağlı əsassız tənqidlərin daha çox olduğunu qeyd edərək bildirib: “Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır”.