Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 13:59

Biz Tayyib Ərdoğana minnətdar olmalıyıq ki..

İranın İsrail tərəfindən vurulması ilə bağlı mən öz payıma Türkiyə prezidentinə təşəkkür edirəm. Niyə? Oradan başlayım ki, İsrail İrana niyə belə rahat şəkildə hücum edir? Çünki İranın hava məkanı demək olar ki, müdafiəsizdir. İranın hərbi aviasiyası yox kimi bir şeydir. Ona görə də İsrail kefi istəyəndə İranın bu tərəfindən girib, o biri tərəfindən çıxır. Hədəf aldığı obyektləri vurur…
Sirr deyil ki, İsrail ilə Türkiyə arasında da vəziyyət gərgindir. Tərəflər arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqlar gedib. Müəyyən müsbət nəticələr də var…
Istənilən halda İsrail Türkiyəyə hücum etməz. Niyə? Çünki cənab Tayyib Ərdoğan son 20 ildə Türkiyənin hərbi-sənaye kompleksini ağlasığmaz yüksəkliyə qaldırıb. Xüsusən hərbi aviasiya baxımından Türkiyədə inqilabi dəyişikliklər olub. Türkiyə hərbi baxımdan əvvəlkindən qat-qat güclüdür. Bundan sonra isə daha da güclü olacaq. Türkiyə elə bir mərhələyə daxil olub ki, yerli hərbi sənayenin inkişafının qarşısını almaq artıq mümkünsüz görünür…
Statistikaya baxaq: İsrailin 170 000, Türkiyənin isə 355 200 əsgəri
İsrailin ümumi ehtiyat qüvvələri 465 000, Türkiyənin isə 378 700 nəfər
2024-cü ildə İsrailin müdafiə büdcəsi 30,5 milyard dollar, Türkiyənin müdafiə büdcəsi isə 40 milyard dollar
İsrailin 1370 tankı və 43407 zirehli texnikası, Türkiyənin isə 2231 tankı və 55104 zirehli texnikası
İsrailin 650, Türkiyənin isə 1038 özüyeriyən artilleriya qurğusu
İsrail Ordusunda 150, Türkiyədə isə 286 raket buraxılış qurğusu
İsrail Hərbi Hava Qüvvələrinin 612, Türkiyənin 1069 təyyarəsi
Döyüş təyyarələri baxımından İsrailin 280, Türkiyənin isə 205 qırıcısı
İsrailin 12, Türkiyənin isə 83 nəqliyyat təyyarəsi
İsrail Hərbi Hava Qüvvələrinin 14 havada yanacaq dolduran təyyarəsi, Türkiyədə isə 7. İsrail Hərbi Hava Qüvvələrinin 146 helikopterindən 48-i hücum helikopteridir, Türkiyə Hərbi Hava Qüvvələrinin 502 helikopterindən 111-i hücum helikopteri… var.
Üstəlik, Türkiyə ordusu İsrail ordusundan hərbi təcrübə baxımından da xeyli üstündür…
İsrail Hərbi Dəniz Qüvvələrinin ümumi donanması 67, Türkiyə Hərbi Dəniz Qüvvələrinin isə 186 donanması var. Türkiyənin 12 sualtı qayığı ilə müqayisədə İsrailin 5 sualtı qayığı var.
Dünyaca məşhur “globalfirepower”nin hesablamasına görə hərbi baxımdan beynəlxalq reytinqə görə, İsrail 145 ölkə arasında 15-ci, Türkiyə isə 9-cu yerdədir. İran isə bu sırada İsraildən sonrakı 16-cı yeri tutur.
Sayın Tayyib Ərdoğanın Türkiyə üçün etdiklərini gələcək nəsillər daha yüksək dəyərləndirəcəklər. Çünki onun gördüyü işlərin nəticəsi gələcəkdə daha parlaq şəkildə ortaya çıxacaq…
O da aydındır ki, istənilən konfiqurasiyada Azərbaycan Türkiyənin yanında olacaq. Türkiyənin güclü olması, həm Azərbaycanın, həm də Türk Dünyasının güclü olmasının təminatçısıdır…
Elbəyi Həsənli
Surix
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!