Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 04:00

Bizim Ənvər Böürsoy!- ONU NECƏ TANIYIRIQ?

…Bu eynəkli, gülərüz, balacaboy, şirin insan hamının dostu idi. Hamını sevir, hamı da onu sevirdi…01. 04. 1960-cı ildə bir adamaldatdı günündə dünyaya gəlmişdi. Hamımızı da aldada- aldada, gülə -gülə tərk etdi. Öləndə də şaqqanaq çəkib güldük, inanmadıq…
Ənvər adı deyilincə ilk ağlıma böyük Türk dünyasını qarış qarış gəzən bir insan gözlərim önünə gəlir. Saxa, yakut, Türkistan Türk cumhuriyyətləri Noqay, garaçay, tataristan, dağıstan, kıbrıs, Türkiyə və ən önəmlisi Güneyi gəzib dolaşan bir insan. Açıq deyirəm, mən onun məlumatları sayəsində bütün Türk dünyasını gəzirdim.
Çox məhdud imkanlar daxilində türk xalqlarının yaşadığı ən ucqar yerlərə səfər edərək araşdırmalar apararaq çox dəyərli məqalələr yazmaqla böyük maarifləndirici işlər apardı. Türk xalqlarının bir-birini tanımasında və yaxınlaşmasında onun misilsiz xidmətləri olmuşdur. Biz onun yazılarını, çıxışlarını maraqla gözləyir və izləyirdik.
5 il ötdü həmin gündən 28 yanvar 2021-ci il. Həmin gün eşitdiyimiz acı xəbər bir göz qırpımında Azərbaycanı və bütün Türk dünyasını dolaşdı. Türk dünyasını, Qafqaz və Orta Şərqin ictimai, siyasi, mədəni və sosial həyatını yazıları ilə araşdıran tanınmış jurnalist, romantik turançı Ənvər Börüsoy uzun sürən xəstəlidən sonra vəfat etmişdi. Bu vaxt onun 61 yaşı var idi.
Parçalanmış Turan ellərinin birliyi üçün ömrünü, sağlamlığını qurban verən şəhid həyatı yaşayan Ənvər bəy…həmişə də cılız bədəninə və gördüyü işlərin böyüklüyünə baxanda heyrət məni bürüyürdü.
Milli Azadlıq hərakatına çox erkən qatılan Ənvər bəyin planları böyük idi. Milli – ideoloji yöndə təbliğat mexanizmini qurmaq və inkişaf etdirmək üçün “Bozqurd”qəzetini də buraxmışdı. Böyük Turanı, türk ellərini isə ayaq -ayaq gəzərək canlı ensiklopediya kimi tanındı, Boz Qurd kimi sevildi. Qısa ömür sürməsinə baxmayaraq o, bütün yazılarında Azərbaycan dövlətçiliyini və milli maraqları üstün səviyyəyə qaldırmaqla Türk millətlərinin birlik konsepsiyasını ortaya qoya bilmişdi. Azərbaycanın milli mətbuatında “Xudafərin” jurnalı, “Gənclik” jurnalı, “Aydınlıq”, “Səs”, “Kimlik”, “Türkün səsi”, “Avrasiya”, “Təzadlar”, “Gündəlik Azərbaycan”, “Türküstan”, “Ayna”, “Yeni sözçü”, “Hürriyyət” və sair qəzetlərlə işləyib və bu mətbu orqanlarda milli-mənəvi dəyərlərimizlə bağlı həmişə aktual olan yüzlərlə qiyməti məqalələr yazmışdı.
İsgəndər Həmidovun yaxın dostu idi. Ənvər bəyin adı gələndə İsgəndər Bəyin ” Ənvər Bəy Türk dünyasının xəritəsidir” sözləri yadıma düşür. Bir birilərnə də çox oxşayırdılar.Ənvər saf insan idi. Evi olmayanda İsgəndər Həmidov nazir olanda ona iki dəfə ev təklif edib, hər iki evi Qərbi Azərbaycan qaçqınlarına güzəştə getmişdi.!
Ənvər bəy Elçibəyi də çox sevirdi, Elçibəyçi idi. Həmişə Elçibəy əleyhinə söz deyiləndə deyərdi ki, “Kim siyasi meyit olduğunu gizlətmək istəyirsə, Elçibəyə qarşı hədyanları gündəmə gətirir. Onlar qılaflanmış üzlərini gizlətmək üçün Azərbaycan Milli Davasının lideri Əbülfəz Elçibəyə qarşı çamurlar atırlar.”
Bir şeyi bilirəm ki, Ənvər bəy ömrünün sonuna kimi şərəfli bir ömür sürdü. Ömrünün sonuna kimi heç vaxt siyasi prinsiplərinə zidd getmədi. Ləyaqətlə yaşadı. Kasıb yaşadı. Kişi kmi yaşadı… Heç kimə də əl açmadı. Türk dünyasının fədailərindən biri olmaqla , milli varlığımızın qorunması yolunda yorulmadan mücadilə apardı.
Onunla bağlı xatirələrim o qədərdir ki…həm hərakat dostu idik, həm də şəxsi dostluğumuz var idi. Digərtərəfdən də həyat yoldaşı Afaq xanımın mənim sinif yoldaşım olmağım bizi daha yaxın edirdi… Ənvər elə uşaqlığından çox çətinliklərlə rastlaşmışdı. Və öləndə Onun həyatda nə ana -atası, nə bacı -qardası da yox idi ki, ona ağlaya…Həyat onu uşaq evi, Internat, rəssamlıq məktəbi, Institut və qaynar həyat, millətinə vətəninə təmənnasız xidmət kimi yollardan keçirtmişdi… Onun yoxluğu və vəfat etdiyi gün mənim üçün ən kədərli gün idi. Bayaq dediyim kimi həmin gün məzarı üstündə ağlayan anası bacı olmasa da, onu anan, sevən yüzlərlə insanın göz yaşlarına səbəb oldu… Həmin gün bütün Türk Dünyasında tanıyanlar kədərə büründü.
Tez -tez yazılarına münasibətimi soruşurdu. Bir dəfə Bakıda keçirilən Avropa İslam Oyunları zamanı mənə yazdı ki, “Yəqin ki, İslam oyunlarında birincilik əldə edənlərə ev-maşın yox, Cənnətə vəsiqə verəcəklər”
Mən də cavabımda yazdım ki,  “bunu Cənnət xala bilər!”.
Xeyli gülüşdük və sonra nədənsə belə bir cavab yazdı :”Exx..Baba Льву наплевать на то, что думает о нем овца!”
Belə…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!