Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 10:58

Blogerin məhkəmə iclası onsuz keçiriləsi oldu – həm də qapalı

Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

TEZADLAR.AZ    xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib.

Məhkəmə tərkibi prosesin qapalı keçirilməsi barəsdə qərar qəbul edib.

Proses 18 iyunda davam etdiriləcək.

Bildirək ki, təqsirləndirilən İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!