Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Livanın qədim Finikiya şəhərləri İsraillə münaqişə səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşib.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu BMT-nin Livan üzrə xüsusi koordinatoru Janine Hennis-Plasschaert bildirib.
Bundan əvvəl İsrail ordusu Baalbek şəhərinin sakinlərini İsrail təyyarələrinin “Hizbullah”ın şəhərdəki şübhəli hədəflərinə zərbələr endirməyə hazır olması səbəbindən dərhal evlərini tərk etməyə çağırıb. Bunun fonunda Livanın müvəqqəti hökumətinin mədəniyyət naziri Məhəmməd Murtada BMT Təhlükəsizlik Şurasında çıxış edərək bildirib ki, beynəlxalq ictimaiyyət və YUNESKO İsrailin Baalbekdəki qədim Roma məbədi kompleksinə hücumlarının qarşısını almaq üçün operativ tədbirlər görməyə borcludur.
Hennis-Plasschaert-ə görə, Livandakı şəhərlər üçün evakuasiya əmri on minlərlə livanlının qaçmasına səbəb olub və bu, ölkədəki insanların kütləvi köçkünlüyünün onsuz da fəlakətli vəziyyətini əlavə edib.
“Tarixlə zəngin olan Finikiya şəhərləri bu gün əsl məhv olmaq təhlükəsi ilə üz-üzədir. Livanın mədəni irsi bu dağıdıcı münaqişənin növbəti qurbanına çevrilməməlidir”, – o əlavə edib.
E.ŞİRİNOV