Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu, eləcə də yəhudi dövlətinin digər aparıcı siyasətçiləri Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı qızışdırıblar.
Tezadlar.az xəbər verir ki, bu, işğal olunmuş Fələstin ərazisində, o cümlədən Şərqi Qüdsdə və İsraildə baş verən hadisələrlə bağlı BMT-nin beynəlxalq araşdırma komissiyasının ekspertlərinin gəldiyi qənaətdir.
“Komissiya həmçinin belə qənaətə gəlib ki, İsrail prezidenti İsaak Hersoq, baş nazir Benyamin Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qalant soyqırımı qızışdırıb və İsrail hakimiyyəti onları bu təhrikə görə cəzalandırmayıb”, – komissiyanın hesabatında deyilir.
BMT ekspertləri qeyd ediblər ki, onlar bütün İsrail siyasətçilərinin bəyanatlarını təhlil etməyiblər.
Komissiyanın sədri Navi Pillayın sözlərinə görə, beynəlxalq ictimaiyyət “İsrailin Qəzzada Fələstin xalqına qarşı başlatdığı soyqırım kampaniyasına səssiz qala bilməz”.
“Soyqırımın aydın əlamətləri və dəlilləri ortaya çıxdıqda, onun qarşısını almaq üçün hərəkətə keçməmək iştirakçılığa bərabərdir”, – o vurğulayıb.
BMT-nin Fələstin üzrə Beynəlxalq Komissiyası 2021-ci ilin mayında İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən əvvəl baş vermiş beynəlxalq humanitar hüquq və insan hüquqları qanununun iddia edilən pozuntularını araşdırmaq üçün 2021-ci ildə BMT-nin İnsan Haqları Şurası (HRC) tərəfindən yaradılmışdır. Üç nəfərdən ibarət komissiyanın mandatı daha sonra münaqişənin əsas səbəblərini və regionda sərmayə qoyuluşunu əhatə edəcək şəkildə genişləndirilib.
E.ŞİRİNOV