25 Oktyabr 2023 / 08:31

BMTYİA-NIN SIĞINACAQLARI DÖRD DƏFƏ ÇOX QƏZZA KÖÇKÜNLƏRİ QƏBUL EDİB

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (BMTYİA) sığınacaqları indiyədək Qəzza zolağından 600 000-ə yaxın köçkünü yerləşdirib ki, bu da onların tutumundan dörd dəfə çoxdur.

Bu barədə agentliyin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatında deyilir.

BMTYİA-nın məlumatında ​​deyilir: “600 minə yaxın məcburi köçkün BMTYİA-nın 150 sığınacağında sığınır ki, bu da bizim imkanlarımızdan 4 dəfə çoxdur. Çoxları sıxlıq səbəbindən küçələrdə yatmağa məcburdur. Agentliyin ən azı 40 obyekti vurulub”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!