22 İyul 2025 / 17:56

Bolqarıstanın sabiq liderinin nəvəsi intihar etdi

Bolqarıstan Kommunist Partiyasının sədri Todor Jivkovun 54 yaşlı nəvəsi Todor Slavkov Bolqarıstanda ölü tapılıb. İlkin məlumata görə, o intihar edib.

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerindən tapança aşkar edilib.

“Məhkəmə-tibbi ekspertizanın rəyi və toplanmış digər sübutlar intihar versiyasını təsdiqləyir, zorakılıqla ölüm faktı yoxdur”, – deyə məlumatda bildirilir.

Hadisə yerində baxış və məhkəmə-tibbi ekspertizasının aparıldığı bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma iki ay ərzində yekunlaşmalıdır.

Slavkov həm də Bolqarıstan Olimpiya Komitəsinin sədri, BOK üzvü və Bolqarıstan Milli Televiziyası İvan Slavkovun (1940-2011) oğludur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!