Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.
Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edirik.