18 Sentyabr 2023 / 04:32

BQXK- NİN YÜK AVTOMOBİLLƏRİ LAÇIN- XANKƏNDİ YOLUNDAN KEÇİB VƏ…

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

Belə ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda 1 maşın əraziyə yük daşıyır. Bundan başqa, 2 minik maşını da ərazidən keçib. Bununla paralel olaraq Ağdam – Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın – Xankəndi va Ağdam – Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!