Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hüquq-mühafizə orqanları fahişəliyin təşviqi və fahişəlik üçün yerin verilməsi ittihamı ilə Tailandın yeddi vətəndaşını saxlayıb və on obyektin fəaliyyətini dayandırıb. Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nazirliyin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən, o cümlədən məhkəmə qərarı əsasında aparılan gizli istintaq hərəkətləri nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər fahişəliklə məşğul olan qadınlara sistemli şəkildə yardım ediblər. Xüsusilə, onlar Tbilisidə yerləşən Nikoloz, Vaşlovani, Kostava və Axvlediani küçələrindəki obyektlərdə müəyyən məbləğ qarşılığında onlara məkan təqdim ediblər. Məlumata görə, həmin obyektlərin administratorları da fahişəliklə məşğul olan qadınlara müştəri tapmaqda kömək edirmiş və bunun qarşılığında onlar göstərilən cinsi xidmətlərdən əldə edilən gəlirdən müəyyən məbləğ ödəyirmişlər.
Araşdırmalar göstərir ki, həmin obyektlərin əsas gəlir mənbəyi məhz fahişəliyin təşviqindən ibarət olub. Polis tərəfindən həyata keçirilən kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində yeddi administrator saxlanılıb və on obyekt bağlanıb. Hazırda araşdırma Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri üzrə davam etdirilir.
Azərbaycanda da polis belə hallarla mübarizə aparır, amma bu əməllər hələki qarşısıalınmaz sayılır. Çünki bu tip əməllə məşğul olanlar sosial şəbəkələrdə fəaliyyət göstərir, qapalı məkanlarda “işlərini” görürlər.