19 Sentyabr 2025 / 09:58

Bu bacı-qardaş bir daha məktəbə gedə bilməyəcək!- DƏHŞƏTLİ HADİSƏ

Bu gün səhər saatlarında Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vurub.  Tezadlar.az DİN-ə istinadla bildirir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!