Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub. Tezadlar.az Türkiyə mediasına istinadla bildirir ki, parad zamanı uzunmənzilli aviasiya raketi “JL-1”, sualtı bazalı qitələrarası raket “JL-3”, eləcə də quru bazalı qitələrarası raketlər “DF-61” və “DF-31” təqdim olunub. Həmçinin bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.
Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad da keçirilib. Prezident İlham Əliyev hərbi paradı izləyib.