9 Aprel 2026 / 10:48

Bu da İranın Hörmüz boğazı ilə bağlı yeni tələbi-SON DƏQİQƏ

İran ikihəftəlik atəşkəs müddətində neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün gəmiçilik şirkətlərindən kriptovalyuta ödəmələri tələb edir. Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. “İran boğaza nəyin gətirildiyini və nəyin çıxarıldığını izləməlidir ki, bu iki həftə silah qaçaqmalçılığı üçün istifadə olunmasın”, – deyə İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin rəsmisi Həmid Hüseyni nəşrə bildirib. Onun sözlərinə görə, tarif neftin hər bareli üçün bir dollardır. Hüseyni vurğulayıb ki, boş tankerlər boğazdan maneəsiz keçə bilər.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!