Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Güvəndiyimiz komandamız- “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqibləri artıq məlum oldu. Səbr və həyəcanla tezadlar.az onları təqdim edir: Atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu “Qarabağ” “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), və “Kopenhagen”lə (Danimarka) iləsə evdə, yəni Bakıda qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tuun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
Bütün hallarda, komandamızın bu mərhələyə gəlib çıxması bir qalibiyyətdir və inanırıq ki, bütün güclər səfərbər olunaraq qələbə əzmi sonadək saxlanılacaq!
A.Məmmədli