Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 10:53

Bu dəqiqələrdə minlərlə abonentin qaz təchizatı dayandırılacaq – səbəb isə…

Şəmkir Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Ağstafa xidmət sahəsi üzrə aparılacaq təmir işləri ilə əlaqədar bir sıra yaşayış məntəqələrində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Tezadlar.az -a  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Ağstafa rayonu Köçəsgər AQPS-dən qidalanan ərazilərdə xidmət sahəsi tərəfindən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, həmçinin daşıyıcı qaz xətti üzərində yerləşən siyirtmələrdə yaranmış sızmaların ləğvi məqsədilə qaz verilişinin müvəqqəti dayandırılması zərurəti yaranıb.

Bununla əlaqədar olaraq, 31 mart 2026-cı il tarixdə saat 11:00-dan etibarən işlər başa çatanadək Köçəsgər AQPS-dən qaz alan Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərində (ümumilikdə 5590 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum abonentlərdən aparılan işlər başa çatanadək anlayışla yanaşmağı xahiş edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!