Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 13:19

Bu gün Holokost qurbanlarının xatirəsinin anıldığı gündür

Yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) kimi qeyd edilir.

Tezadlar.az  xəbər verir ki, Holokost (yunanca: holokauston), “holos” (HİTLER) və “kaustos” (QORXUSU) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət)  İkinci Dünya Müharibəsi dövründə (1939-1945) Almaniyanın Nasist partiyasının lideri Adolf Hitlerin törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Ötən il İsrailin Yad Vashem İnstitutunun yaydığı məlumatına görə,  artıq İkinci dünya müharibəsində nasistlər tərəfindən öldürülmüş 6 milyondan artıq yəhudidən təxminən 5 milyonunun şəxsiyyəti təsbit edilib  və hələlik təxminən 1 milyon yəhudi qurbanın adı bilinmir.

Bildirilib ki, süni intellekt texnologiyalardan istifadə etməklə yüz milyonlarla sənədi avtomatik şəkildə analiz edilərək növbəti mərhələdə təxminən 250 min yeni adın aşkar edilməsi planlaşdırılır.

Qeyd edək ki,  Azərbaycanda da hər il yanvarın 27-də müxtəlif anım tədbirləri keçirilir və Holokost qurbanları yad edilir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!