Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Mart 2026 / 09:30

Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Tezadlar.az xəbər verir ki, il martın 24-ü bütün dünyada Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu tarixin seçilməsi təsadüfi deyil; 1882-ci ilin məhz bu günündə alman alimi Robert Kox vərəmin törədicisini kəşf etdiyini elan edib.

Müasir tibbin inkişafına baxmayaraq, vərəm hələ də qlobal sağlamlıq üçün ciddi təhlükə olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki şüarı xəstəliyin tamamilə aradan qaldırılmasının mümkünlüyünə diqqət çəkir. Mütəxəssislər xatırladır ki, vərəm vaxtında aşkar edildikdə tam müalicə olunan xəstəlikdir. Erkən diaqnoz və profilaktik tədbirlər hər il milyonlarla insanın həyatını xilas edir.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!