5 Avqust 2025 / 17:18

Bu gün yer rekord sürətlə fırlanacaq – Alimlər xəbərdarlıq edir

Avqustun 5-də Yer kürəsi müşahidələr tarixində ən qısa fırlanma hərəkətlərindən birini edəcək. Ayın cazibə qüvvəsi səbəbindən sutkanın uzunluğu 1.25 millisaniyə qısalacaq.

Tezadlar.az xəbər verir ki, bu dəyişiklik insanlar tərəfindən hiss olunmasa da, alimlər okean sularının yenidən paylanması və sahilyanı şəhərlərin su altında qalması riskindən xəbərdar edirlər. Fırlanmanın sürətlənməsi insanın bioloji saatı sirkad ritmlərinə də mənfi təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, belə ritm pozuntuları sağlamlıq problemlərinə, o cümlədən infarkt və qəzaların artmasına səbəb ola bilər.

Alimlər Yerin fırlanma sürətindəki bu dəyişikliklərin uzunmüddətli təhlükələr yarada biləcəyini bildirirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!