4 Dekabr 2023 / 11:17

BU İL NAXÇIVAN SAHİBKARLARINA VERİLMİŞ GÜZƏŞTLİ KREDİTİN HƏCMİ AÇIQLANDI

Bu ilin fevral-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmindən yararlanıblar.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

“…İndiyədək Muxtar Respublikada 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib. Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərdən yararlanıb”, – deyə nazir diqqətə çatdırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!