1 Oktyabr 2025 / 09:33

Bu il cinayət işləri üzrə 18,3 milyon manatlıq ziyan qaytarılıb

Ötən ildən bu günə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub. Tezadlar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetdəki məqaləsində qeyd edib.

Onun sözlərinə görə, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!