Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Mart 2026 / 17:19

Bu ölkələr ABŞ vizaları üçün “yüksək riskli” ölkə siyahısına daxil edildi-TƏCİLİ

Gözlənilməz halda, ABŞ Dövlət Departamenti Gürcüstanı və əlavə 11 ölkəni qısa müddətli B1 (biznes) və B2 (turizm/tibbi müalicə) vizaları üçün viza zəmanəti ödəməli olan ölkələr siyahısına əlavə edib. Tezadlar.az xəbər verir ki, yeni siyahıya daxil edilən ölkələr bunlardır: Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavritaniya, Monqolustan, Mozambik, Nikaragua, Papua-Qvineya, Seyşel adaları və Tunis. Viza zəmanətinin məbləği 5 000, 10 000 və ya 15 000 dollar ola bilər və bu, konsulluq müsahibəsi zamanı müəyyən ediləcək. Qeyd olunur ki, girov ödəmək viza almağa zəmanət vermir. ABŞ Dövlət Departamentinin məlumatına görə, bu proqramın məqsədi ABŞ-da qalma müddətini aşan və qanunsuz qalan vizaların sayını azaltmaqdır. Gürcüstan və əlavə 11 ölkənin daxil edilməsi ilə “yüksək riskli” ölkələrin sayı 50-yə çatıb

. Qeyd edək ki, yeni qaydalar 2 aprel tarixindən qüvvəyə minəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!