Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Qax, Xaçmaz, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə prokurorlar təyin edilib.
Tezadlar.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Əmrə əsasən, Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.
Həmçinin əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.