Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 14:33

Müqavilə və orderlərin verilməsi elektronlaşıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron tərtib olunması mümkündür.

Tezadlar.az xəbər verir ki, “Elektron vəkil” sistemi çərçivəsində müflisləşmə prosesindən əvvəl və müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron formada tərtib olunması zamanı tələb olunan məlumatların FİN (Fərdi İdentifikasiya Nömrəsi) və VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) əsasında birbaşa sistem üzərindən elektron qaydada əldə olunması imkanı təmin edilib. Bu funksionallıq vəkillərin sənədləşmə prosesini sürətləndirməklə yanaşı, məlumatların düzgünlüyünün və operativliyinin artırılmasına da xidmət edir.

Daha ətraflı linkə keçid edərək tanış olmaq olar.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!