Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 12:45

Bu yaşayış məntəqələrini birləşdirən yolun təmirinə 1,5 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tezadlar.az xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!