1 Aprel 2026 / 07:28

Bu yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsi qismən qadağan edildi

Fransa Parlamentinin yuxarı palatası olan Senat müəyyən şərtlər daxilində 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan etməyi hədəfləyən qanun layihəsi Parisdə Senatın Baş Assambleyasında müzakirə edilib.

Senatorlar Baş Assambleyada keçirilən səsvermədə qanun layihəsini təsdiqləyiblər və bu, Senat komitəsi tərəfindən əvvəllər edilən dəyişikliklərə icazə verib.

Senat tərəfindən təsdiqlənən qanun layihəsi 15 yaşdan kiçik şəxslərin müəyyən şərtlər altında sosial mediaya çıxışının qadağan edilməsini nəzərdə tutur.

Qanun layihəsində gənclərin fiziki, zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcək sosial media platformalarının 15 yaşdan kiçik şəxslər üçün fərmanla qadağan ediləcəyi və bu platformaların istifadəçilərinin yaşını təsdiqləyəcəyi nəzərdə tutulur.

Digər platformalar üçün qanun layihəsi, ən azı bir valideynin icazəsi ilə 15 yaşdan kiçik şəxslərin də daxil olmasını təmin etməyi hədəfləyir.

Qanun layihəsi indi senatorlar və parlament üzvlərindən ibarət birgə komitədə müzakirə olunacaq. Komitədə parlament üzvləri ortaq mətn üzərində konsensusa gəlməyə çalışacaqlar.

Fransada qanun layihəsinin Parlamentdən keçməsi üçün həm Milli Assambleya, həm də Senat eyni layihə mətni üzərində razılığa gəlməlidir.

Milli Assambleya tərəfindən 26 yanvarda qəbul edilən layihə qanun layihəsi Senatın versiyasından fərqlənirdi, çünki 15 yaşdan kiçiklər üçün sosial media qadağasının bütün platformalara şamil edilməsini nəzərdə tuturdu.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!