Cəmiyyət
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bundestaq ikinci cəhddə səs çoxluğu ilə Fridrix Mertzi Almaniya kansleri seçib.
“Tezadlar.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, tələb olunan 316 səsdən 325-ni toplayıb.
Mertz və onun kabinet üzvləri indi təyinat məktublarını Federal Prezident Frank-Valter Ştaynmayerdən almalıdırlar. Artıq Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından (CDU/CSU) ibarət mühafizəkar blokun növbədənkənar seçkilərdə qalib gəlməsindən sonra başlayan hakimiyyətin transferi tamamlanacaq.