Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Yanvar 2023 / 07:05

BÜTÜN PARTİYALARIN PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAKINA İCAZƏ VERİLDİ – QAZAXISTANDA

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan keçmiş yeddi siyasi partiyanın hamısına Məclisə (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə iştirakına icazə verib.

Tezadlar.az xəbər verir ki, müvafiq qərarlar MSK-nın iclasında qəbul edilib və onların protokolu idarənin internet saytında yerləşdirilib.

Beləliklə, ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin – hakim Amanat Partiyası (Əcdadlar əhdi), Qazaxıstan Demokratik Partiyası Ak Jol (İşıqlı Yol), Qazaxıstan Xalq Partiyası, Xalq Demokratik Partiyası, Vətənpərvər “Auyl” (“Selo”) Partiyası, müxalif Milli Sosial Demokrat Partiyası, Qazaxıstanın “Yaşıllar” Partiyası “Baytak” və Respublika Partiyasının seçkilərdə iştirakına icazə verilib.

Yanvarın 19-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika parlamentinin aşağı palatasını buraxıb. Dövlət başçısı növbədənkənar seçkiləri 2023-cü il martın 19-na təyin edib. Bundan sonra Milli Məclisin deputatlarının 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı dairələr üzrə seçiləcək.

2022-ci ilin noyabrında Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçicilərin 81,31 faizi Tokayevin namizədliyinə səs verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!