Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qazaxıstan Respublikasında Novruz bayramının loqosu təsdiqlənib – lalə (tülpan).
TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, simvolun loqosu ölkənin bütün bölgələrinə göndərilib. Bu barədə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin (MİN) mədəniyyət komitəsinin sədr müavini Sabit Barlıbayev bu gün Mərkəzi Rabitə Xidmətində keçirilən brifinqdə bildirib.
“Xalq üçün lalə Novruz bayramının parlaq simvoludur. Əcdadlarımız lap qədimdən laləyə ehtiram bəsləyib, onu “cənnət çiçəyi” hesab ediblər”.
Xəbər verdiyimiz kimi, Qazaxıstanda bu ildən etibarən Novruz bayramı yeni formatda qeyd olunacaq. Bayram isə 8-9 günə qədər davam edəcək – martın 14-dən 23-dək.
JASMİN