Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Braziliya dollara alternativ ola biləcək valyuta istəyir.
Belə ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRİCS İnkişaf Bankının yeni rəhbəri Dilma Rusefin andiçmə mərasimindəki çıxışı zamanı dollara alternativ valyutanın yaradılmasınının vacibliyini diqqətə çatdırıb.
O, qeyd edib ki, bütün dünya bir valyutadan asılı olaraq qalıb.
“BRICS kimi bir bank niyə Braziliya ilə Çin arasında, Braziliya ilə digər BRİKS ölkələri arasında ticarət əlaqələrini maliyyələşdirə biləcək valyutaya malik olmasın?!”, – deyib.
Onun fikrincə, ölkələr hesablaşmalar üçün öz valyutalarından istifadə edə bilərlər.
Lula da Silva 2023-cü ilin yanvarında Braziliya prezidenti vəzifəsinə gəldikdən sonra dollardan asılılığı azaldacaq və ölkələr arasında ticarət əlaqələrini yaxşılaşdıracaq Merkosur adlı vahid valyuta yaratmaq barədə düşünməyi təklif edib. O bildirib ki, BRİKS bu ideyanı artıq müzakirə edir.
JASMİN