Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


3 il əvvəl “Vogue” jurnalı üçün çəkiliş zamanı “Dior” çantasının kəməri gözünə dəyən britaniyalı model Cenevyeva Bryusterin bir gözü kor olub.
TEZADLAR.AZ xəbər verir ki, model bu illər ərzində 9 dəfə əməliyyat olunub.
24 yaşlı model zaman keçdikcə gözündə işıq sayrışmaları yarandığının fərqinə varıb. O, bunu həddindən artıq iş və streslə əlaqələndirib. Xəstəxanaya gedən Cenevyeva tor qişasının dörddə üçünün ayrıldığını və işıqların patoloji prosesin ilk simptomları olduğunu öyrənib.
2024-cü ilin sentyabrında gözünün tor qişası tamamilə qopub və kor qalıb. O, bildirib ki, həkimə daha tez müraciət etmədiyinə görə peşmandır.
axşam.az