Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı təsərrüfat ilində çəltik əkinlərinin hər hektarına görə fermerlərə 380 manat dövlət dəstəyi veriləcək.
TEZADLAR.AZ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq təkrar çətlik əkinlərinə görə isə fermerlərə 120 manat subsidiya verilməsi nəzərdə tutulur.
Bu bitki üzrə subsidiya yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında aparılan çəltik əkinlərinə görə ödəniləcək.