Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 27-ci turunda “Karvan-Yevlax”a uduzduqları matç (1:4) haqda danışıb.
Tezadlar.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik.
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə bəsit qollar buraxdıq. İndi də “Karvan-Yevlax”la. Futbolçularımızla danışacağıq. İstənilən halda irəli baxacağıq”.
Qeyd edək ki, “Kəpəz” hazırda turnir cədvəlində 21 xalla 10-cudur.