Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Xarici kəşfiyyatın xeyrinə casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Azər Bağırov cinayət məsuliyyətinə cəlb edilib. Tezadlar.az xatırladır ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. A.Bağırov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham olunur.
“Turan” yazır ki, Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb və Bakıya gətirilib.
İş üzrə istintaq davam edir.
Oxşar ittiham “Rus evi”nin başı üzərində dolaşır. Yerli mediada bu barədə ətraflı bəhs edilir, hətta adlar da çəkilir…
A.Məmmədli