Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Geniş Ailə” serialındakı “Cevahir” rolu ilə tanınan aktyor Ufuk Özkan haqqında sevindirici xəbər gəlib. Bir müddət öncə səhhətində yaranan problemlərə görə reanimasiyaya yerləşdirilən aktyor artıq xəstəxanadan evə buraxılıb.
Ufuk Özkan sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb:
“Sevginizi iliklərimə qədər hiss etdim. İstifadə etdiyim dərmanın yan təsiri ilə narahat oldum, amma indi yaxşıyam.”
O, həmçinin dərmanın əks təsirlərinə görə bədənində ləkələr və şiddətli ürəkbulanma yaşadığını, həkimlərin isə ehtiyat məqsədilə onu müşahidə altında saxladığını bildirib.