1 Fevral 2024 / 09:25

ÇİNİN QIRĞIZISTANDAKI SƏFİRLİYİNİN AVTOMOBİLİ QƏZAYA UĞRAYIB – FOTO

Bişkekdə Çinin Qırğızıstandakı səfirliyinin avtomobili qəzaya uğrayıb.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, məlumatı QR Daxili İşlər Nazirliyinin Baş Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi təsdiqləyib.

Qurumun məlumatına görə, qəza Bişkekin Manas prospektində, Rusiyanın Qırğız Respublikasındakı səfirliyinin yaxınlığında baş verib. Səfirliyin “BMW” xidməti avtomobili ilə “Hyundai Sonata” toqquşub.

“BYHTİ əməkdaşları hadisə yerində işləyirlər. Qəzanın baş vermə səbəbləri araşdırılır”, – deyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İdarəsindən bildirilib.

Bildirilib ki, Çin Xalq Respublikasının Qırğızıstandakı səfiri Du Deven də qəza baş verən ərazidədir.

c

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!