Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Çin Yaponiya işğalçıları üzərində Qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə böyük tədbirlər hazırlayır.
Tezadlar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Çin Xalq Respublikasının (ÇXR) paytaxtında qələbənin 80-ci ildönümünün qeyd edilməsinə 26 xarici dövlət başçılarının qatılacağı gözlənilir. Bayram tədbirlərinin avqustun 31-də başlaması, sentyabrın 3-də isə hərbi paradın keçirilməsi planlaşdırılır.
Belə ki, hərbi parad sentyabrın 3-də Pekinin Tyananmen meydanında keçiriləcək.
Bayram şənliklərinə dəvət olunanlar arasında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian da var.
Mərasimdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin, Belarus prezidenti Aleksandr Lukaşenkonun və digər dünya liderlərinin də iştirakı gözlənilir.
Rusiya mətbuatının məlumatına görə, Vladimir Putin avqustun 31-dən sentyabrın 3-dək Çinə səfər edəcək. Onun proqramına Pekində anım tədbirlərində iştirak və ÇXR rəhbərliyi ilə danışıqlar daxildir.
Bundan əvvəl South China Morning Post xəbər vermişdi ki, bir sıra Aİ diplomatları Rusiya prezidentinin mərasimdə olacağı üçün Pekində keçiriləcək hərbi paradda iştirak etməmək imkanını müzakirə edirlər.
JASMİN