Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 18:25

Cinayətkar qrup ifşa olundu – narkotik qaçaqmalçıları saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar.

Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!