Çində keçirilən hərbi paradda qadın hərbçilər… Sıra düzülüşünün fotosu adamda belə təsəvvür yaradır ki, bunlar süni intellekt məhsuludur. Amma elə deyil! Tezadlar.az Çinin ingilis dilli english.cctv.com portalına istinadla xatırladır ki, sıradakı düzülüş və boya görə parad heyətinin mükəmməl seçimi, sifət və üz ifadəsi, geyim, addım sinxronluğu, sinə qabaqda, çiyinlər tam açılıb, baş və çənə yuxarıda, sağ və sol qonşuları mükəmməl hiss etmə(bu ifadələr hərbi ekspert Ədalət Verdiyevə məxsusdur). Silah, sıra, cərgə və diaqonalın ideal vəziyyətdə qorunması, dizlər tam açıq vəziyyətdə, addım ölçüləri standart. Silahlarin lülələri eyni bucaq altında… Bir sözlə, Çinin heyranedici və qüsursuz bir hərbi paradı dünyanın diqqətlə izlədiyi bir heyranlıq idi!
Aşağıda bəzi fotoları təqdim edirik: