Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 17:22

Çingiz Aytmatovun bacısı qardaşı barədə yayılan ittihamlara etiraz edib

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, ictimai xadim və Qırğızıstan Respublikasının əməkdar təhsil işçisi Roza Aytmatova mərhum yazıçıya qarşı internetdə və cəmiyyətdə yayılan şayiələr və ittihamlarla bağlı ictimaiyyətə müraciət edib.

Tezadlar.az     xəbər verir ki, bu barədə 24.kg məlumat yayıb.

Aytmatova  qeyd edib ki, son günlər Çingiz Aytmatovun adı  fəal şəkildə mənfi müstəvidə müzakirə olunur, onun həyatı, işi və ictimai fəaliyyəti ilə bağlı ziddiyyətli və yalan ifadələr səsləndirilir.

Roza Aytmatova vəziyyətlə bağlı dərin narahatlığını bildirib  “mərhumun xatirəsini narahat etməməyə və onun adını siyasi və ictimai müzakirələrdə istifadə etməməyə” çağırıb.

O, xüsusilə 1990-cı ildə Oş hadisələrinə görə məsuliyyəti Çingiz Aytmatovun üzərinə atmaq cəhdlərindən, “qırğız dilindən uzaqlaşmaq” ittihamlarından və guya birtərəfli siyasi mövqeyi ilə bağlı açıqlamalardan narahatlığını da dilə gətirib.

1990-cı il hadisələrini şərh edən Roza Aytmatova izah edib ki, Çingiz Aytmatov o vaxt Moskvada olub və potensial dövlətlərarası münaqişənin qarşısını almaq üçün təcili olaraq ovaxtkı Özbəkistan prezidenti İslam Kərimovla görüşüb.

Onun sözlərinə görə, bu görüşün nəticəsi Özbəkistan tərəfinin Qırğızıstana qoşun yeritməmək vədi olub ki, bu da onun fikrincə, Mərkəzi Asiyada genişmiqyaslı münaqişənin qarşısını almağa kömək edib. O, həmçinin Çingiz Aytmatovun Əsgər Akayevin prezident seçilməsində həlledici rol oynadığı iddialarını da təkzib edib.

Aytmatovanın dediyinə görə, qərarı Ali Şuranın deputatları verib və qardaşı həmin vaxt ölkədə belə olmayıb. Roza Aytmatova, həmçinin dil mövzusuna da toxunub.

O, Çingiz Aytmatovun Şəkər kəndində böyüdüyünü, qırğız dilində səlis danışdığını və ilk əsərlərini ana dilində yazdığını vurğulayıb. Onun sözlərinə görə, o dövrdə rus dilinə keçid məcburi olub və 1950-ci illərin sonlarında sovet  məmurları tərəfindən təqiblərlə əlaqəli imiş, əsərlərinin qırğız dilində nəşri faktiki olaraq bloklanıb. O zaman Şair Aleksandr Tvardovski yazıçıya dəstək olmuş və ona əsərlərini “Novıy Mir” jurnalında dərc etdirməyi  təklif etmişdir.

Roza Aytmatova, həmçinin Çingiz Aytmatovun dindən uzaq olması iddialarını da təkzib edib.

O, ailəsinin dini ənənələrindən danışaraq yazıçının İslama hörmət etdiyini, onun əsas rituallarına riayət etdiyini və Allaha səmimi qəlbdən inandığını qeyd edib.

Sonda o, cəmiyyəti birliyi qorumağa və təxribatlara uymamağa çağırıb və şayiələrin yayılmasının yalnız nifaq saldığını vurğulayıb.

“Onu nə tərifləməyə, nə də qaralamağa ehtiyac yoxdur. Çingiz Aytmatovun uyuduğu yer rahat olsun”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Qırğızıstan mediasında  Çingiz Aytmatovla bağlı qalmaqallı müsahibə yayımlanıb.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!