Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qazaxistan Respublikasının Milli Məclisinin yeni təyin olunmuş deputatı Karakat Abden parlamentdə jurnalistlərin
yeni vəzifəsində qazax qadınlarının əcnəbi vətəndaşlarla evlənməsinə vergi tətbiq etmək təklifində israrlı olub-olmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, bütün ideyalar davam etdiriləcək.
Bu barədə kazpravda yazıb.
“Bir şeyi deyə bilərəm: dediyim hər şey, bütün ideyalarım, məşğul olduğum bütün məsələlər, hamısı sonrakı fəaliyyətlərdə öz davamını tapacaq. İndi dediklərinizi açmaq lazımdır, bunun necə olacağı izah edilməlidir. Niyə də yox? Mütləq”, – deyə xanım deputat bildirib.
Xatırladaq ki, ötən il QR-da Prezidentliyə namizəd olan Karakat Abden teledebat zamanı bildirmişdi ki, gənclər sevgi əsasında evlənəndə onlara xoşbəxtlik arzulamaq olar:
“Amma son vaxtlar hesabla bu addımı atanların sayı da artır. Fərqli hesablamalar, həmçini xaricdəki həyata da qibtə edirlər. Amma biz ənənəni qorumaq nöqteyi-nəzərindən baxmalıyıq. Qızlarımız bizim dəyərimizdir. Onları xaricə necə verək? Əcnəbi ilə ailə qurmaq istəyənlərə ağır vergi qoyulmasını təklif edirəm”, – deyə o zaman bildrmişdi
JASMİN