Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Cabir İmanov ölüb. Müxtəlif fikirlər yazılır. 2003-cü il hadisələri ilə baglı məhkəmədə ifadə vermək üçün məhkəməyə çagırılmışdılar. Polislər yalan ifadələr verdikləri üçün gərginlik yaranır, qarşılıqlı təhqirlərə yol verilirdi. Cabir İmanov və onunla gələnlər pəncərədən məhkəmə zalında baş verənlərə baxırdılar. Mən koridora çıxanda mənə yaxınlaşdı. Salam verdi, dedi ki, Osman müəllim, sizdən bir yerli kimi xahişim var. Dedim buyur. Dedi uşaqlara deyin bizi söyməsinlər. Dedim işgəncədə iştirak etmisənmi? Pörtdü, dedi, hə döymüşəm. Zala keçdim, həbsdə olan dostlardan xahiş etdim ki, Cabirin verəcəyi ifadədən asılı olmayaraq heç kim təhqiramiz ifadə işlətməsin. Cabir ifadə verib getdi. Həbsdə olan dostlarımız yalnız onun işgəncə verdiyini təsdiq etdilər, söymədilər. Hətta sual da vermədilər…. Bəlkə də Cabirin sonralar yaratdığı obrazlar, hətta bəzən dövlət başçısını tənqidi olan səhnələr etdiklərinin peşmançılığı idi.
XXX