1 Fevral 2024 / 08:51

DAĞISTANDA MƏRKƏZİ UNİVERMAQ YANIR

Dağıstanın Buynaksk şəhərində mərkəzi univermaqda baş verən yanğının sahəsi 1200 kvadratmetrə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Yanğın sahəsi 1200 kvadratmetrə qədər artıb”, – idarənin açıqlamasında deyilir.

Daha əvvəl yanğın sahəsinin 500 kvadratmetr olduğu barədə məlumat yayılmışdı. Yanğının söndürülməsi üçün Buynaksk və Qızılyurt şəhərlərindən, eləcə də yaxınlıqdakı kəndlərdən əlavə yanğın-xilasetmə dəstələri göndərilib.

Fövqəladə vəziyyətin təfərrüatları dəqiqləşdirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!