Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Fevral 2025 / 12:32

“Danilov” geyim brendi Azərbaycan Futbol Federasiyasının sponsoru olub

AFFA və “Danilov” brendi əməkdaşlıq haqqında razılığa gəlib.

TEZADLAR.AZ  xəbər verir ki, imzalanan müqaviləyə əsasən, geyim şirkəti növbəti il kişilərdən ibarət komandaya sponsorluq edəcək.  Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Danilov” geyim brendi ilə sponsorluq müqaviləsi imzalayıb. Bu barədə AFFA-nın saytında yerləşdirilən məlumatda deyilir. Sənədi qurum adından vitse-prezident Sərxan Hacıyev, şirkət adından isə brendin təsisçisi İlyas Danilov imzalayıb.

İmzalanan müqaviləyə əsasən, Danilov gələn il kişilərdən ibarət millinin sponsoru olacaq.

Xatırladaq ki, bundan əvvəl gələn mövsümdən etibarən Azərbaycan Futbol Liqasının tərkibinin 10 komandadan 12 komandaya yüksələcəyi bildirilirdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!