15 Avqust 2025 / 17:55

Dəmir yolu daşımalarının həcmi 1 milyon ton azaldı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 9 milyon 793,2 min ton təşkil edib.

Tezadlar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 25,2 min ton və yaxud 9,5 % azdır.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 7,2 %-i dəmir yolu ilə daşınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!