15 İyul 2025 / 08:35

Dəmiryolu vağzalı yaxınlığında binanın bir hissəsi uçub, ölən və yaralılar var- VİDEO

Dəmiryolu Vağzalı meydanında yaşayış binasının uçması insan tələfatı ilə nəticələnib. Tezadlar.az Gürcüstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altından bir cəsədi çıxarıblar. Vətəndaşların sözlərinə görə, dağıntılar altında qalanlar hələ də var.
Onlar dağıntılar altında ən azı üç nəfərin qaldığını gördüklərini deyirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!