20 Mart 2026 / 22:09

DƏNİZ ŞAMAXILI ADLI “MÜĞƏNNİ”NİN “YERAZLAR” MAHNISI ŞOK ETİRAZ YARATDI- VİDEO

…Dəniz Şamaxılı adlı bir “müğənni” var. Xaricdən yayılan “Ayaz TV”də onun bir klipinə rast gəldim… Xanım yaxşı toy rəqqasıdır, amma efir müğənnisi deyil… Görünür kimsə ona başa salıb ki, “Yeraz” mahnısı bəstələyək, toylarda oxu, babat pul qazanacaqsan… Amma Dəniz Şamaxılı başa düşməyib ki, əksinə, sərt qınaq və tənqid qazana bilər… Tanınmış jurnalist Asif Mərzili bu barədə maraqlı status paylaşıb. Təqdim edirəm. Amma FB platformasında yayımlanmış bu statusda “müğənni” xanıma bu dırnaqarası mahnısına görə o ki var sərt təpki və tənqid var…
Beləliklə, jurnalistin statusunda deyilir:
“Xalqımızın dəyərliləri və dəyərli cəhətləri yetərincədir, qürurludur və tərifə- təqdirəlayiqdir! Amma hərdən ictimai əhəmiyyətli tənqidləri də demək lazımdır ki, yersiz hərəkətlər- əməllər qanadlanıb evimizdən kənara çıxmasın! Deyəcəyim isə Qərbi Azərbaycanlılara aiddir. Bəlkə də bir kitab siyahısına sığmayacaq qədər bu qədim yurdumuzdan dostlarım- tanıdıqlarım var, hamısı da yüksək tərifə layiqdir! İndi təsəvvür edin ki, hansısa bir danışığını bilməyən “şair” söz qoşur, bir müğənni adlandırılan isə bu sözə mahnı qoşub bu bölgə haqqında əttökən, dussuz, mənasız və yersiz bir mahnı oxuyur. “Biz Yerazıq” adlı bu mahnının bir parçasını dinləyib özünüz qiymət verin… Məncə, belə müğənniciklərə demək lazımdır ki, mahnı- musiqi və söz seçəndə məsuliyyət dərk elə! Yeri gəlmişkən, bir yas yerində ehsan süfrəsində “Ağdam dovğası” gördüm. Şəklini çəkib bir kiçik xəbərdarlıq yazmalı oldum ki, ay Ağdamı belə keyfiyyətsiz dovğa ilə tanıtmaq istəyən iş adamı, dovğanı reklamlamaq istəyirsınsə, adına qaynənənin adını qoy, Ağdamla nə işin?! Sonra həmin sahibkar zəng edib üzrxahlığını bildirdi və bu adı dovğadan yığışdırdı…”.
Bax belə…
SƏBUHİ
IMG
IMG
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!